"Fənərbağça"nın daha bir futbolçusu İtaliya "İnter"inə transfer olunmağa yaxındır.
Qol.az-ın "ONE World Sports"a istinadən verdiyi məlumata görə, Milan təmsilçisi Caner Erkinden sonra bu dəfə Luiş Naniyə "elçi" düşüb.
Artıq 29 yaşlı futbolçunun "İnter"lə anlaşdığı bildirilir. "Avro-2016"dan sonra İtaliya klubu ilə 3 illik müqavilə imzalayacağı gözlənilən portuqaliyalı futbolçu yeni komandasında ilinə 3,2 milyon avro qazanacaq.
Qeyd edək ki, ötən mövsüm "Fənərbağça"nın heyətində 47 oyuna çıxan Nani 12 qol vurub və 12 məhsuldar ötürmə verib.


Şərhlər