Son dövrlər adı bəzi media orqanlarında "gülənçi", "nurçu" kimi hallanan politoloq Fərhad Mehdiyev bununla əlaqədar müraciət yayıb. "AzPolitika.info"-ya da daxil olan həmin müraciəti təqdim edirik:
"Hörmətli media nümayəndələri!
Bir müddətdən bəri, Əjdər Əliyev isimli birisi, şəxsim daxil olmaqla, müxtəlif insanlar barəsində həqiqətə uyğun olmayan, böhtan tipli məlumatlar göndərir. Təqdim etdiyi saxta sənədlər də, xeyli keyfiyyətsiz formada hazırlanır, ki bunlar ilk baxışda məlum olur. Məsələn bu insan bilmir ki, İBAN nömərsi 6 xanalı yox, 28 xanalı olur.
Əjdər Əliyevin bu şəkildə davranmasının səbəbi, sifarişlə işləməsi, Türkiyədəki siyasi prosesslərlə bağlı verdiyim şərhlərdir. Həmin şərhlərdə mən AKP siyasətinin Türkiyədə bölücülüyə, ictimai aqressivliyin artmasına, şəriat yönümlü diktaturaya götürdüyünü demişəm. Məhkəmə qərarlarını tətbiq etməmək, Avropa İnsan Hüquqları Məhkməsinə görə də, Konvensiyanın 6-cı maddəsinin pozuntusu təşkil edir. Ümumiyyətlə söhbət tvittterin bağlanmasından gedirsə, buna indiyə dək AKP-dən başqası bəraət qazandırmayıb, ancaq qınayıb.
Bilindiyi kimi, mən, beynəlxalq arenada gedən siyasi prosessləri şərh edirəm, tədqiqat obyektim də sadəcə Türkiyə deyildir. Elmi dərəcə və ünvana sahibəm; Fullbright professoruyam, irəli sürdüyüm fikirlər elmi əsaslara söykənir və şəxsimə aiddir, heç bir qurum adına açıqlanmır.
Bir çoxunuz göndərilən məlumatın qərəzli olduğunu, Əjdər Əliyevin etibarlı mənbə olmadığını, iftira atmaqla çox çirkin və nadürüst iş gördüyünü anlayırsınız. Nə özünüzün nə də ki mənim vaxtımı boş yerə israf etmədiyiniz üçün sizə minnətdaram. Lakin Əjdər Əliyev ya da onun cinayət ortağı Sərdar Coşqunun irəlü sürdüyü bütün gülünç ittihamlara bağlı şübhəniz varsa, bunları mənə bildirin və mən də onların absurdluğunu açıqlaya bilərəm.
Sizlərə son göndərdiyi məktubda da, mənim güya millət vəkili Fazil Mustafanı “verbovka” etdiyimi iddia edib. Halbuki məndə hörmətli millət vəkilimizin telefon nömrəsi belə yoxdur. Habelə Edoğanın psixopat aldandırdığım irəli sürür, halbuki istifadə etdiyim cümlədə Erdoğanın adı ümumiyyətlə keçmədiyi kimi, cümlənin dəqiq mənasını anlamaq mümkün deyildir.
Lakin bəzi xəbər saytları, bu məlumatları yoxlamır, yayır, beləliklə şərəf və ləyaqətimə xələl yetirir. Qeyd etmək istəyirəm ki mən tanınan şəxsəm və məruz qaldığım mənəvi ziyan, yüksəkdir.
Bu hallar da, mənim həmin saytlara qarşı məhkəməyə müraciət etməyimə məcbur edir. Fərhad Mehdiyev, indiyə dək heç bir qanunsuz işə daxil olmamış, elmi, tədqiqat və məsləhət fəaliyyətindən başqa gəlir əldə etməmiş, heç bir korrupsion işə qarışmamışdır, heç bir dini təriqat üzvü deyildir və ümumiyyətlə dini görüşlərə sahib olmayıb, liberal və dünyəvi bir ideologiyanı müdafiə edirəm. Daim öz fəaliyyətim ilə ölkə nüfuzunu artırmağa çalışmışam. 5 dəfə hüquq dərsliyi (insan hüquqları və inzibati hüquq sahəsində) nəşr etdirmişəm. 100-dən çox məqalənin müəllifiyəm. Elmi əsərlərimdə plaqiat yoxdur, Bu səbəblə, kiminsə məsuliyyətsiz davranışı ilə illər ərzində qoruduğum işgüzar nüfuza sataşmağa heç kəsə icazə verə bilmərəm. Siyasətçilərin hüquqa zidd davranışları səbəbilə TƏRƏF TUTMADAN tənqid etməyim, bir elm adamı olaraq mənim funskiyalarım arasındadır.
Hal-hazırda DİA.AZ saytı ilə məhkəmə çəkişməmiz var. bu sayt, iftiracı Əjdər Əliyevin yalanlarını araşdırmadan yaymışdır. Ondan 10.000 manat mənəvi zərərin ödənməsi ilə bağlı tələb irəli sürmüşəm.
Məhkəməyə müraciət etmək vaxt və enerji alır; əlbətdə bunu istəyərək etmirəm, lakin çəkinmədən bu addımı atmaq məcburiyyətindəyəm. Odur ki bu maili göndərməyimin səbəbi, qətiyyən kimisə gözdağı vermək deyildir; lakin hüquqi mənada daha diqqətli olmağa çağırmaqdır.
BİZİMXEBER.AZ saytının da, əleyhimdə xəbəri yayıb, POST-faktum mövqeyimi öyrənməyə HAZIR olmalarını bildirmələri, onları məsuliyyətdən azad etmir. Jurnalist araşdırmasını yayımdan ƏVVƏL aparmamaları Mətbuat Şurasının da qəbul etdiyi peşə davranış qaydalarına və KİV haqqında Qanuna da ziddiyət təşkil edir. Odur ki onlar məni ləkələyib gözləməməlidir ki, mən pulumu və vaxtımı xərcləyib onları axtaracam, ayaqlarına düşün mövqe bildirecem; pulumu və vaxtımı xərcləyəmsə, 30 manat dövlət rüsumu verib onlarla rayon məhkəməsində görüşmək daha rasionaldır. Onlar da əyər jurnalist adlarını şərəflə yüksək tutmaq istəyirlərsə, məhkəməni filan gözləmədən, müvafiq təkzibi verməlidir.
Əjdər Əliyevə gəldikdə isə, onun İP adresi məndə var, məhkəmə sorğusu vasitəsilə onun ünvan və telefon nömərsini əldə edib, onun da DİA.AZ işində iştirakını təmin edib, kim olduğunu, hansı məbləğ qarşısında bu ləyaqətsiz qaralama PR-nı həyata keçirdiyini müəyyən edəcəm. Yalanın ömrü qısa olur. Onunla bərabər Sərdar Coşqun adlı feyk şəxs də, başqaları da, məsuliyyətə cəlb olunacaq.
Narahat etdiklərimdən üzr istəyirəm".


Şərhlər