Menu

Ronaldo AVRO 2016-da ilk oyununa çıxır - Çakır hakimlik edəcək

14.06.2016, 21:49
Ronaldo AVRO 2016-da ilk oyununa çıxır - Çakır hakimlik edəcək

Bu gün Avropa çempionatında qrup mərhələsində ilk tura yekun vurulacaq.

Ans press-in məlumatına görə, ilk görüşdə Avstriya ilə Macarıstan yığmaları qarşılaşacaq. Portuqaliya isə İslandiya millisinə qaşı mübarizə aparacaq. Hər 2 komanda turnirdə ilk dəfə meydana çıxır.

Portuqaliya millisi Oslandiya ilə qarşılaşacaq, oyun Bakı vaxtı ilə 23:00-da baş tutacaq. Qarşılaşma Sent-Etyen şəhərində baş tutacaq. Oyunun baş hakimi türkiyəli Cüneyit Çakır olacaq. Portuqaliya millisinin əsas vuran ayağı Kriştiano Ronaldonun oyunda nə edəcəyi maraqla gözlənilir.

23:00. Portuqaliya - İslandiya

Hakimlər: Cüneyt Çakır, Bahattin Duran, Tarık Ongün (hamısı Türkiyə)

Əlavə köməkçi hakimlər: Hüseyn Göçek, Barış Şimşək (hamısı Türkiyə)

Dördüncü hakim: Karlos del Kerro (İspaniya)

Sent-Etyen. "Joffrua Qişar" stadionu

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol