Menu

Ermənistanın baş naziri istefa verdi

03.04.2014, 23:06
Ermənistanın baş naziri istefa verdi

Ermənistanın baş naziri Tigran Sargsyan istefa verib. O, Facebook səhifəsində yazıb ki, “istefası yetişmişdi və o, bu qərarı dərindən düşünərək verib”.

Keçmiş baş nazir ona bu vəzifəni etibar etdiyi üçün prezidentə təşəkkür edib və yeni qurulacaq hökumətə uğurlar arzulayıb.

Hakim Respublikaçılar Partiyasından deyiblər ki, Tigran Sargsyan-ın istefası öz təşəbbüsü ilə baş verib. O axır 1 ayda ikinci dəfə istefa ərizəsi yazıb. Partiyadan onu da qeyd ediblər ki, istefa heç də müxalifətin hökumətin istefası ilə bağlı çağırışlarına cavab deyil.

Tigran Sargsyan baş nazir vəzifəsini 2008-ci ildən icra edirdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol