Menu

Hakan Şükür ölkədən qaçdı? - Ərdoğana təhqir

16.06.2016, 15:45
Hakan Şükür ölkədən qaçdı? - Ərdoğana təhqir

Prezident Ərdoğanı təhqir etdiyinə görə məhkəməyə verilən Hakan Şükürün ABŞ-a yerləşdiyi bildirilir

"AzPolitika" Türkiyə mətbuatına istinadən xəbər verir ki, bir vaxtlar Azərbaycanda da böyük izləyici kütləsinə sahib olan, keçmiş futbolçu Hakan Şükür barəsində qaldırılan məhkəmə prossesində iştirak etməyib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı təhqir etdiyi iddiası ilə başlayan məhkəmə prossesinin ilk iclası bu gün baş tutub. Məhkəmə prossesinə qatılmayan Hakan Şükürü vəkili təmsil edib. Məhkəmədə söz alan vəkil: "Müvəkkilim Amerikaya köçübdür. Ona görə də müvəkkilimə göndərilən məhkəmə məktubu onun özünə çatmamışdır".

Recep_Tayyip_Erdogan_150412_albom_3Xatırladaq ki, Hakan Şükürün 15 Fevral 2014-cü il tarixində "Twitter" hesabında etdiyi paylaşımda, prezident Rəcəb Tayyib Ərdoğanı təhqir etdiyi ifadə edilir. Məhkəmə iddiasında isə, Hakan Şükürün "Respublika başçısına təhqir" günahından 1 ildən 4 ilə qədər həbs cəzası ilə cəzalandırılması tələb edilir.

Hakim isə sonda məktubun növbəti prossesə qədər Hakan Şükürə çatdırılması haqda göstəriş verib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol