Menu

Rusiyada 10 azyaşlı - Faciəli şəkildə həlak oldu

19.06.2016, 17:23
Rusiyada 10 azyaşlı - Faciəli şəkildə həlak oldu

Ölənlər Moskva və Sankt-Peterburqdan olublar.

Rusiyanın Kareliya respublikasında Syamozero gölündə 10 uşaq həlak olub. Ans press-in məlumatına görə, yerli hüquq-mühafizə orqanları ölənlərin 12-15 yaşlı uşaqların olduğu bildirir. Onlar gəmi ilə göldən keçməyə cəhd edərkən suya düşüblər. Daha 3 nəfər itkin düşüb. Ölənlər Moskva və Sankt-Peterburqdan olublar.

Daha əvvəl respublikanın Pryajinski rayonunda 48 nəfərdən ibarət turist qrupunun yoxa çıxması haqda məlumat yayılmışdı. Məlumata görə, onlardan 40-ı azyaşlı olub. Turistlər gölü gəmi ilə keçmək istəyiblər, lakin əlverişsiz hava şəraiti səbəbindən gəmilərdən biri aşıb.

Hazırda axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol