Qadın təqribən 25 yaşındadır
Qazax rayonunun Xanlıqlar kəndində Bayram bulağı adlanan ərazidə naməlum qadın meyiti tapılıb.
Qazax rayon Polis şöbəsindən "Report"un Qərb bürosuna verilən məlumata görə, kolluqdan tapılan və təqribən 25 yaşında olan qadın bıçaqlanaraq qətlə yetirilib.
Bildirilir ki, meyitin burun və qarın nahiyələrində əməliyyat izləri var.
Qadının cəsədi Qazax Diaqnostika Mərkəzinin morquna yerləşdirilib. Hazırda qadının şəxsiyyəti müəyyənləşdirilir. Faktla bağlı araşdırma aparılır.


Şərhlər