Menu

Azərbaycanda bədbəxt hadisə - İki uşaq ölüb

20.06.2016, 13:24

usaqUşaqlardan biri evin pəncərəsindən yıxılıb, digərini elektrik cərəyanı vurub

Azərbaycanda iki azyaşlı uşaq bədbəxt hadisə nəticəsində ölüb.

“Report” Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, hadisələrdən biri Bakının Xətai rayonunda qeydə alınıb.

Belə ki, iyunun 19-da Xətai rayonu ərazisində yaşayan azyaşlı Aylin Səfərova 3-cü mərtəbədəki evlərinin pəncərəsindən yıxılıb.

Xəstəxanaya yerləşdirilən uşaq orada ölüb.

Digər hadisə Saatlı rayonunda baş verib. İyunun 19-da Saatlı rayonunda yaşayan azyaşlı Ağaxan Fərzəlizadəni elektrik cərəyanı vurması nəticəsində ölüb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol