Menu

Prezidentlərin görüşəcəyi məkan məlum oldu

20.06.2016, 14:06
Prezidentlərin görüşəcəyi məkan məlum oldu

Bu barədə görüş yerinə gələn ATƏT Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik öz twitter səhifəsində yazıb

Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarqsyanın görüşü bu gün Sankt-Peterburqdakı Konstantinovski sarayında keçiriləcək.

"Report" xəbər verir ki, bu barədə görüş yerinə gələn ATƏT Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik öz "twitter" səhifəsində yazıb.

Qeyd edək ki, bu gün Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburqda Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarqsyanla Dağlıq Qarabağ münaqişəsinin həllini müzakirə edəcək. Rusiya prezidentinin köməkçisi Yuri Uşakovun sözlərinə görə, əvvəlcə v.Putin ayrı-ayrılıqda İ.Əliyev və S.Sarqsyanla görüşəcək, daha sonra prezidentlər üçtərəfli formatda danışıqlar aparacaq.

Y.Uşakov bildirib ki, görüşün günün ikinci yarısında nəzərdə tutulub. İ

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol