Menu

Azərbaycan və Türkiyə müştərək təlimlər keçirir

20.06.2016, 14:47
Azərbaycan və Türkiyə müştərək təlimlər keçirir

Azərbaycanla Türkiyə arasında ikitərəfli hərbi əməkdaşlıq planına əsasən iyunun 20-dən "İŞIK-2016" beynəlxalq axtarış-xilasetmə təlimləri başlayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan Hərbi Hava Qüvvələrinin 3 ədəd Mi-17 döyüş-nəqliyyat və 3 ədəd Mi-35 döyüş helikopteri müştərək təlimlərdə iştirak etmək məqsədilə Türkiyə Respublikasının Konya şəhərində yerləşən aviabazaya gəlib.

Təlimlər iyunun 30-dək davam edəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol