Menu

Kəpəz" və "Daçiya" komandaları arasındakı ilk oyunun vaxtı dəyişdirilib

21.06.2016, 11:43
Kəpəz" və "Daçiya" komandaları arasındakı ilk oyunun vaxtı dəyişdirilib

Azərbaycan təmsilçisi "Kəpəz"in Moldova "Daçiya"sı ilə keçirəcəyi Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyununun vaxtı dəyişdirilib. "Report"un məlumatına görə, bu barədə UEFA-dan "Daçiya"ya məktub gəlib.

Məktubda matçın əvvəlcədən nəzərdə tutulduğu kimi, iyunun 30-da deyil, iyunun 28-də təşkil olunacağı göstərilib. "Dalğa Arena"dakı görüş saat 20:00-da başlanacaq.

Qeyd edək ki, cavab görüşü iyulun 6-da keçiriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol