Menu

Salyanda xəstəxananın işıqları kəsildi - Yeni doğulan iki körpə öldü (Yenilənib)

21.06.2016, 12:36
Salyanda xəstəxananın işıqları kəsildi - Yeni doğulan iki körpə öldü (Yenilənib)

Nazirlik elektrik enerjisinin kəsilməsinin körpələrin ölümü ilə heç bir aidiyyəti olmadığını deyir..

Səhiyyə Nazirliyi Salyan Rayon Mərkəzi Xəstəxanasının (RMX) doğum şöbəsində iki körpənin ölməsi hadisəsinə münasibət bildirib.

Nazirliyin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova bildirib ki, Mirzabitə İlham qızı Abdullayeva ötən gecə saat 22:15-də üçəm dünyaya gətirib: "31 həftəlik hamiləlikdən üçəm dünyaya gəlib. Uşaqların çəkisi çox az olub. Onlara intensiv yardım göstərilib. Bütün yardımlara baxmayaraq, körpələrdən biri 1:00 da, digəri isə 1:10-da tələf olub. Mətbuatda yazılanlara gəlincə, bütün rayonda işıqlar 01.30-da sönüb. Yəni, elektrik enerjisinin kəsilməsinin körpələrin ölümü ilə heç bir aidiyyəti yoxdur. Xəstəxananın reanimasiya, doğum şöbələrində generatorlar var".

* * *

Salyan rayonunda dünyaya gələn üçəmlərdən ikisi doğuşdan 6 saat sonra ölüb, birinin isə vəziyyəti ağırdır.

"Report"un Aran bürosunun məlumatına görə, Salyan şəhər Həsən Məmmədov küçəsi, ev 6 ünvanında yaşayan 21 yaşlı Mirzabitə İlham qızı Abdullayeva ötən gecə Salyan Rayon Mərkəzi Xəstəxanasının (RMX) doğum şöbəsinə yerləşdirilib. Onun ailə üzvlərinin sözlərinə görə, doğuş normal həyata keçirilib və ana üçəm dünyaya gətirib. Lakin doğuşdan 6 saat sonra xəstəxananın elektrik enerjisi kəsilib və şüşə altında (küvez) saxlanılan körpələrdən ikisi oksigen çatışmazlığından ölüb, birinin isə vəziyyəti ağır olaraq qalır.

Qeyd edək ki, Salyan RMX-da elektrik generatorunun olduğu bildirilir. Lakin generator nasaz vəziyyətdə olduğundan işləməyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol