Menu

“Prezidentin Nardarana getməsi qəsəbə sakinlərində ruh yüksəkliyi yaradıb” - Şeyx

21.06.2016, 13:53

seyxallahsukur02_110“Prezident İlham Əliyevin Nardarana getməsi və orada görülən işlərlə tanış olması sakinlərdə ruh yüksəkliyi yaradıb”.

“Report”un xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə deyib.

O bildirib ki, Azərbaycanda hər kəs, o cümlədən Nardaran sakinləri dövlətin siyasətini dəstəkləyirlər: “Prezidentin Nardarana getməsi onu göstərir ki, Azərbaycanın hər bir guşəsi dövlət başçısı üçün əzizdir".

A.Paşazdə qeyd edib ki, Nardaran sakinləri Prezident İlham Əliyevin qəsəbəyə getməsindən razı qalıblar: "Nardaranlılar həmişə ölkə başçısının siyasətini dəstəkləyiblər. Bundan sonra da belə olacaq”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol