Menu

Salyanda doğulan üçəmlərdən sağ qalanı Bakıya gətirilir

21.06.2016, 15:42
Salyanda doğulan üçəmlərdən sağ qalanı Bakıya gətirilir

Salyanda doğulan üçəmlərdən sağ qalanı Bakıya gətirilir. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, körpə Səhiyyə Nazirliyinin Elmi-tədqiqat Pediatriya İnstitutuna yerləşdiriləcək.

Ölən iki körpənin meyitlərinin də müayinə üçün Bakıya yola salındığı bildirilib.

Qeyd edək ki, ötən gecə Salyan şəhər sakini, 1995-ci il təvəllüdlü Abdullayeva Mirzabitə İlham qızı Salyan Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsində üçəm dünyaya gətirib. Bir müddət sonra uşaqlardan ikisi ölüb.

Valideynləri doğuşdan sonra kuvezə yerləşdirilən körpələrin ölümünü elektrik enerjisinin kəsilməsi, yaranan oksigen çatışmazlığı ilə əlaqələndiriblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol