Leo Argentina futbolu tarixində ilk dəfə ən yaxşı bombardirlər siyahısında birinci yerə yüksəlib.
Argentina millisi Amerika kubokunun finalına yüksəlib. Ans press-in məlumatına görə, Argentina yığması yarımfinal mərhələsində turnirin ev sahibi ABŞ ilə qarşılaşıb. Lionel Messinin kapitanlıq etdiyi komanda ABŞ millisini darmadağın edib.
Argentinalılar hər hissədə iki qol vurub. Qarşıdurmanın ilk dəqiqələrində hesab açılıb. Lionel Messi 32-ci dəqiqədə cərimə zərbəsindən möhtəşəm qol vuraraq komandanın tarixi ərzində ən yaxşı bombardirləri siyahısında birinci yerə yüksəlib. İkinci hissədə Qonsalo İquain dubl edərək hesabı daha da artırıb. Digər yarımfinal matçında Kolumbiya və Çili yığmaları üz-üzə gələcək. Qarşılaşma iyulun 23-də Çikaqoda, final iyunun 27-də, üçüncü yer uğrunda görüş isə 26 iyun tarixində baş tutacaq.
Argentina - ABŞ 4:0
Qollar: Esekiel Lavessi 3, Messi 32, İquain (50,86)


Şərhlər