Özü danışmır, onu sadəcə, «qısqırırlar...»
Dünən yerli KİV-in yaydığı bir xəbər diqqətimi çəkdi - xeyli düşündüm və barəsində yazmaya bilmədim. Xəbər elə beləcə də təqdim olunub: «...Jirinovski ağılanıb». Çox qəribədir - Jirinovski dəli idi ki? Əsla yox! O, çox bic, sürüşkən, mövqesiz və pulgir bir yəhudi balasıdır ki, rusların adından sağa-sola «çıxış yapır». Amma o, heç vaxt rus olmayıb, indi də deyil və olmayacaq. Bu, mənim qənaətimdir və onu təsdiqləyən dolayı arqumentlərim var...
Məsələn, hələ sağlığında Berezovskiyə sual vermişdilər ki, o, özünü xristiaan hesab edir, yoxsa müsəvi. Berezovskinin reaksiyası xeyli ibrətamiz olmuşdu: «Mən, rəsmən xristianlığı qəbul etmişəm, amma iliyimə qədər yəhudi olaraq qalıram...».
İkinci misal: «YUKOS» şirkətinin sahibi Xodorkovski bir müddət əvvəl demişdi: «Mən axmaq deyiləm - yəhudiyəm...».
Sözümün canı budur ki, yəhudi heç vaxt axmaq olmur, amma o, hər zaman hiyləgər və sürüşkən olur. İndi Jirinovski də elədir - mövqesiz, sürüşkən və para (Bilərəkdən Türkiyə ləhcəsində yazdm - onun bu ləhcəyə xüsusi «allergiyası var!») hərisi! Jirinovski həyatı boyunca paraya sitayiş eləyib və bu «mübarizə» boyunca həmişə onu kiminsə üstünə sadəcə, «qısqırıblar» - anladınızmı hansı məxluqu qısqırarlar?...
Fikrimi əsaslandırmağa çalışacam. Məsələn, «siyasət meydanı»na atılandan ta günümüzə qədər, həmin «xamelyon» Jirinovski məqam düşdükcə Türkiyənin və türklərin əleyhinə çıxış edib. Buna çoxsaylı misallar gətirmək olar. Məsələn, Su-24 olayından dərhal sonra» «xamelyon» heç bir məsuliyyət hissi keçirmədən söylədi ki, boğazlara bir atom bombası atmaqla, İstambulu məhv edərik!
İndi isə o, Rusiya ilə Türkiyəni barışdırmaq fikrinə düşüb? Bu, mümkün deyil! Hələ Türkiyədə işləyərkən, türklər həmin «cavanlarla fin hamamına gedən» Jirinovskinin başına nə iş gətiriblərsə, o, həmişə Türkiyəyə və türklərə qarşı düşmən mövqedə olub və indi də mövqeyini dəyişməyb. Sadəcə, «boğazlara bomba atanda» da, «Rusiya ilə Türkiyəni barışdırmağa baş vuranda» da onu «qısqırıblar», vəssalam! Hamı bilir ki, Putin özünün dilə gətirə bilmədiyi mətləbləri məhz Jirinovskinin dili ilə səsləndirir. Başqa sözlə, demokratlıqdan xeyli uzaq bu ifrat liberal (yəni ki, mövqesiz!) sadəcə, Kremlin «həyasız adamı» rolunda çıxış edir...
Bu məqamda bir haşiyəyə çıxmaq istəyirəm. Yaşca kiçik xalaoğlum Rövşən bir gün kənd dükanına girib, satıcı qızdan konfet istəyir və deyir ki, pulum yoxdur. Qız da uşağı tanıdığından, ona pulsuz bir kilo konfet verib...
Bir neçə gündən sonra uşaqlar bu məsələni rəhmətlik dayıma danışıblar. Kişi də gülərək, belə deyib: «Bu ailənin həyasız adamı da Rövşəndir də...».
İndi mən, bu qənaətdəyəm ki, Kremlin həyasız məxluqu da məhz Jirinovskidir ki, onu istənilən istiqamətə qısqırır! Amma Jirinovskinin həyasızlığı ilə xalaoğlu Rövşənin həyasızlığı arasında əhəmiyyətli fərq var - aldığı danlaqdan sonra Rövşən bir daha həyasızlıq eləmədi, Jirinosvki isə dayanmır və heç vaxt dayanmayacaq...
O da var ki, Rusiyada Jirinovskinin fikirlərinə bir fındıq verən də yoxdur. Həyasızlıq isə onun xeyli gəlirli «çörək ağacı»dir...


Şərhlər