"Merkelə Türkiyənin Avropa Birliyinə girməsinin düşünüləcək bir şey olmadığını söylədim".
"AzPolitika" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Almaniya Baş naziri Angela Merkel ilə görüşən Fransanın keşmiş prezidenti Nicolas Sarkozi, Türkiyənin Avropa Birliyinə daxil olmasının "düşünülə bilməz" olduğunu müdafiə edib. Sarkozi, "İngiltərənin Avropa Birliyindən ayrıldığı , Türkiyənin Avropa Birliyinə daxil olduğu bir gələcək düşünə bilmirəm" deyə açıqlama verib.
"Avropanın liderliyə və yeni fikirlərə ehtiyacı var" deyə fikrini bildirən Sarkozi, bu şərhinin videosunu Twitter səhifəsindən paylaşıb.


Şərhlər