Oktay Vural MHP Qrup Rəhbərliyi vəzifəsindən istefa verib
"AzPolitika" Türkiyə mətbuatına istinadən xəbər verir ki, MHP Başqanı Dövlət Bağçalıya yaxınlığı ilə bilinən MHP İzmir Millət vəkili Oktay Vural, MHP Qrup Rəhbərliyi vəzifəsindən istefa verib.
1 noyabr seçkiləri sonrası yaşanan konqres müddətləriylə əlaqədar narahatlığını tez-tez üstü örtülü şəkildə dilə gətirən MHP Qrup Rəhbəri Oktay Vural, bu vəzifəsindən istefa etdi. Otağını toplamağa başlayan Vuralın Məclis Rəhbərliyinə daha ərizəsini vermədiyi öyrənildi.
Vuralın bir neçə gündür istefa edəcəyi danışılırdı. Vuralın, MHP lideri Dövlət Bağçalı ilə "inciklik" yaşadığı iddiaları gündəmə gəlmişdi.
***
MHP Qrup Rəhbərliyi vəzifəsindən istefa verən, istefa qərarını MHP Başqanı Dövlət Bağçalıya dünən çatdırdığını deyən Vural, "Partiyanın içində olduğu vəziyyətin, rəhbərlik anlayışının yaralayıcı olduğunu gördüm" deyə açıqlama verib.


Şərhlər