Menu

Ərdoğanla İlham Əliyev nurçularla bağlı sualı cavablandırıb

04.04.2014, 18:34
Ərdoğanla İlham Əliyev nurçularla bağlı sualı cavablandırıb

"Bizim əlaqələrimizə zərrə qədər zərər verəcək addımları qəbul etmirik, etməmişik və etməyəcəyik”

Türkiyə baş naziri Rəcəb Tayyip Ərdoğan Azərbaycana səfəri çərçivəsində prezident İlham Əliyevlə birgə media nümayəndələrinin süallarını cavablandırırlar.

ANS PRESS-in məlumatına görə, ilk sualı "Əl-Cəzirə" telekanalının jurnalisti Türkiyə baş nazirinə ünvanlayıb. Suallar TANAP və nurçularlıa bağlı olub.

Ərdoğan nurçularla bağlı sualı diplomatik şəkildə cavablandıraraq Azərbaycanla bir yerdə olduğunu bildirərək aralarında problem olmadığını bildirib.

İlham Əliyev də qardaşlar arasında problem olmadığını və olmayacağını qeyd edib: "Bizim əlaqələrimizə zərrə qədər zərər verəcək addımları qəbul etmirik, etməmişik və etməyəcəyik”

TANAP layihəsi ilə bağlı hər 2 lider bildirib ki, layihə üzrə işlər planlaşdırıldığı kimi gedir və layihənin təməlatma mərasiminin ilin sonuna kimi keçiriləcəyi istisna deyil.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol