Menu

Masallıda ekoloji mühitin yaxşılaşdırılması mövzusunda seminar keçirilib

23.06.2016, 10:55
Masallıda ekoloji mühitin yaxşılaşdırılması mövzusunda seminar keçirilib

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun élan etdiyi 8-ci qrant müsabiqəsi çərçivəsində,”Tərəqqi” gəncliyin inkişafı ictimai birliyi tərəfindən icra olunan “Masallı gənclərinin ekoloji mühitin yaxşılaşdırılması mövzusunda maarifləndirilməsi” layihəsi çərçivəsində 22 iyun 2016-cı il tarixdə Bədəlan, Babaser və Dəmirçi gənclərilə bir günlük seminar keçirilib. Seminarda iştirakçılara aşağıdakı mövzular üzrə məlumat verilib.

-Yaşıl Düşüncə

-Təmiz Dünya

-Ekoqidalanma.

Bundan əlavə iştrirakçılara layihə çərçivəsində çəkilmiş “Bumeranq” adlı videoçarx nümayiş etdirilib və müzakirəyə çıxarılıb.

Qeyd edək ki ,“Tərəqqi”gəncliyin inkişafı ictimai birliyi 01 mart 2013-cü ildə Masallı şəhərində təsis edilib. 22 aprel 2013-cü ildə Azərbaycan respublikası Ədliyyə nazirliyi tərəfindən qeydiyyata alınıb. Həmin ildə də Gənclər fondunun üçüncü qrant müsabiqəsinin qaliblərindən ol biri olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol