Menu

Azərbaycanlılar Yessentukidə müalicəvi kompleks tikib

23.06.2016, 11:55
Azərbaycanlılar Yessentukidə müalicəvi kompleks tikib

Rusiyanın Yessentuki şəhərində 400 yerlik "İstoçnik" adlı müalicəvi kompleks açılıb.

Dəyəri 1,5 mlrd. rubl olan kompleks Azərbaycan şirkətləri tərəfindən tikilib.

Açılış mərasimində iştirak edən Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bildirib ki, kompleks müasir standartlara cavab verir. Diplomat əlavə edib ki, Yessentuki kurortları azərbaycanlıların rəğbətini qazanıb.

Stavropol vilayətinin hökumət sədrinin müavini Andrey Murqa isə qeyd edib ki, hər il Mineralnıye Vodı kurortlarında orta hesabla 30 min azərbaycanlı istirahət edir.  /APA

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol