Separatçı rejimin "polisi"nə avadanlıqlar verilib.
Ermənistan hökuməti separatçı Dağlıq Qarabağ rejiminin "polisinə" avadanlıq verəcək. Anspress-in məlumatına görə, bu barədə Ermənistan hökuməti qərar qəbul edib.
Verilən məlumata görə, Ermənistan yol polisinin işi üçün lazım olan avadanlığı havayı vermək barədə qərar qəbul edib. Ümumilikdə Ermənistanın yol polisinin büdcədənkənar balansından Qarabağdakı polisə 11 milyon 834 min dram dəyərində avadanlıq verəcək.
Xüsusən yol polisinə sərxoşluğu yoxlamaq üçün avadanlıq və həmçinin 30 netbuk ayrılacaq.
Bir müddət əvvəl Ermənistan hökuməti Dağlıq Qarabağa humanitar yardım göndərib. Yardımlar Ermənistan FHN-in yük maşınları vasitəsilə Dağlıq Qarabağa yollanıb. Ermənistan KİV-nin yazdığına görə, yük maşınlarına qida məhsulları və vacib ehtiyaclar yüklənib.
Çox güman Ermənistan hakimiyyəti humanitar yardım adı altında işğal olunmuş ərazilərə silah göndərir.


Şərhlər