Menu

14 yaşlı yeniyetmə 25 min manatlıq qızıl oğurlayıb - Bakıda 

23.06.2016, 13:30

QizillarBakıda 14 yaşlı yeniyetmə qohumunun evindən oğurluq edib.

“Report” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.

Məlumata görə, Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 18-də Bakı şəhər sakini Əli Məmmədovun evindən 25 min manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən 14 yaşlı qohumu tutulub.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol