Menu

"İtaliya rəsmən qazanmaq istəmədi" - Oliver Kanndan şok iddia

23.06.2016, 16:14
"İtaliya rəsmən qazanmaq istəmədi" - Oliver Kanndan şok iddia

Oliver Kann: Antonio Konte Türkiyədən intiqam aldı

"AzPolitika" xəbər verir ki, Almaniyanın əfsanə qapıçısı olmuş Oliver Kann, dünən oynanılan İtaliya-İrlandiya qarşılaşmasının ardından maraqlı açıqlamalar verib. Almaniyanın "ZDF" kanalında idman şərhçisi olan, "Konte Türkiyədən intiqam aldı" deyən əfsanəvi qapıçı Oliver Kann, fikirlərini belə izah edib: "Konte "Yuventus"un baş məşqçısi olduğu vaxt, 2013-cü ildə Çempionlar Liqasında İstanbulda "Qalatasaray"a qarşı aldıqları 1-0-lıq məğlubiyyəti unuda bilmir, bu qarşılaşma da Kontenin intiqam oyunu oldu, ona görə də qapıçı rəsmən boşa çıxdı, İtaliya rəsmən qazanmaq istəmədi" deyə əfsanəvi qapıçı İtaliyanın baş məşqçisi Antonio Konte haqqında ilginc açıqlamalar verib.

Xatırladaq ki, İtaliya-İrlandiya qarşılaşması 0-1 hesabı ilə İrlandiya milli komandasının qələbəsi ilə başa çatıb. Bu qarşılaşma Türkiyənin AVRO-2016-da yoluna davam edib-etməyəcəyi qarşılaşma kimi böyük maraq kəsb edirdi. İtaliya bu qarşılaşmada bərabərə qaldığı təqdirdə də Türkiyə növbəti mərhələyə adlayan komanda olacaqdı. İtaliya qrup liderliyini və növbəti mərhələni təmin etdiyi üçün, bu qarşılaşmaya ikinci heyətlə çıxıb, buna isə bir çox futbol mütəxəssisi öz etirazlarını bildiriblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol