Ceymi Vardi 2020-ci ilə qədər "tülkülər"in şərəfini qoruyacaq.
Bu ilin tapıntısı Ceymi Vardi “Lester” klubu ilə müqaviləsinin vaxtını uzadıb. Ans press-in məlumatına görə, İngiltərə millisinin futbolçusu 2020-ci ilə qədər "tülkülər"in şərəfini qoruyacaq.
"Ceymi və biz güman edirik ki, bu addımdan sonra onun klubdan gedişi ilə bağlı söz-söhbətlərə son qoyulacaq. Avropa çempionatı bitməyincə futbolçu müqavilə barədə şərh etməyəcək”. Yeni müqaviləyə əsasən, Vardinin qazancı həftəlik təqribən 100 min funt sterlinq (226.360 min AZN - red.) olacaq.
Ceymi Vardi ötən mövsüm “Lester Siti” ilə İngiltərə çempionatının qalibi olub. İngiltərə yığması Avropa çempionatında qrup mərhələsini müvəffəqiyyətlə başa vuraraq 1/8 final mərhələsinə adlayıb. İngilislər növbəti mərhələdə İslandiya millisi ilə qarşılaşacaq.


Şərhlər