Menu

Naxçıvanın baş naziri “Şöhrət” ordeni ilə təltif edilib

23.06.2016, 18:05
Naxçıvanın baş naziri “Şöhrət” ordeni ilə təltif edilib

Prezident İlham Əliyev Əlövsət Baxşıyevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamla Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafında səmərəli fəaliyyətinə görə Əlövsət Qəzənfər oğlu Baxşıyev “Şöhrət” ordeni ilə təltif edilib.

Qeyd edək ki, Ə.Baxşıyev 2000-ci ildən indiyədək Naxçıvan Muxtar Respublikasının baş naziridir.

İyunun 22-də onun 60 yaşı tamam olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol