Menu

İŞİD​ PKK-nın 30 silahlısını öldürdü

23.06.2016, 18:58
İŞİD​ PKK-nın 30 silahlısını öldürdü

Suriyanın Hələb əyalətinin şimal-şərqində yerləşən Münbiçi rayonunda terrorçu İŞİD-in PYD-yə (terrorçu PKK qruplaşmasının Suriyadakı dəstələrindən biri) qarşı hücumu nəticəsində 30 PKK terrorçusu ölüb.

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, İŞİD qruplaşması minalanmış avtomobili PYD-nin yerləşdiyi ərazidə partladıb.

Bölgədə gedən döyüşlər nəticəsində terrorçu PKK-nın dəstəsi Zingül əkin sahəsində geri çəkilib.

Məlumatda bildirilib ki, Fərat çayının qərbində ABŞ-ın dəstəklədiyi Suriya Ərəb Koalisiyası (SƏK) ilə İŞİD arasında döyüş davam edir. SƏK-in Münbiçin cənubundakı Cub Hamza kəndini topa tutması nəticəsində 5-i uşaq olmaqla 11 dinc sakin həyatını itirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol