Menu

Almaniyada kinoteatrda insanlara silahlı hücum: 50 nəfər yaralanıb

23.06.2016, 22:34
Almaniyada kinoteatrda insanlara silahlı hücum: 50 nəfər yaralanıb

Almaniyanın Firhaym şəhərində naməlum bir şəxs kinoteatrda insanlara atəş açıb. Musavat.com-un xarici xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, 50 nəfərdən çox insanın yaralandığnı bildirilir.

Naməlum şəxs yerli vaxtla saat 15.00-da əlindəki silahla kinoteatra daxil olub və dərhal atəş açmağa başlayıb.

Şahidlər həmin şəxsin maskada olduğunu söyləyiblər.

Son məlumata görə, Almaniya polisi insanlara atəş açan maskalı cinayətkarı həbs etməyə nail olub.

Alman informasiya agentlikləri silahlı şəxsin 4 güllə vurularaq öldürüldüyünü söyləyir.

Alman televiziyasının məlumatına görə, kinoteatrın yerləşdiyi binanı başdan ayağa silahlanan və zirehli gödəkcələr geyinən polislər mühafizə edir.ANS PRESS-in məlumatına görə, hadisənin şahidi olan kinoteatr əməkdaşı Quri Blakaj deyib ki, silahlı şəxs 18-25 yaş arasında olub.

“Onun boyu 1.70 metr hündürlüyündə idi. Silahlı şəxs yerli vaxtla saat 15-də binaya daxil oldu. Daha sonra atəş səsləri eşitdik”.

Polis  gözyaşardıcı qazdan istifadə edib. Qazın təsirindən 25 nəfər dinc sakinin halı pisləşib. Versiyalardan biri bundan ibarətdir ki, silahlı şəxs soyğunçu olub.

Almaniya hökuməti ölənlərin sayını gizlədir.

Hadisə yerinə qaçan polislər

Hadisə yerinə qaçan polislər

 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol