Menu

Ankara Seçki Qurumu CHP-nin tələbini rədd etdi

04.04.2014, 21:18
Ankara Seçki Qurumu CHP-nin tələbini rədd etdi

Aprelin 4-də Ankara Seçki Qurumu Cümhuriyyət Xalq Partiyasının 30 mart Ankara Böyük Şəhər Bələdiyyəsinə başqan seçkisinin nəticələrinə etirazını rədd edib. Yada salaq ki, CHP-nin namizədi Mansur Yavaş səslərin AKP-nin namizədi 20 ildir Ankara Böyük Şəhər Bələdiyyəsinə rəhbərlik edən Melih Gökçekin xeyrinə saxtalaşdırıldığı iddiası edərək səslərin yenidən sayılmasını tələb etmişdi.

Cümhuriyyət Xalq Partiyası bu haqda yaydığı açıqlamada eyni tələblə Yüksək Seçim Qurumuna müraciət ediləcəyin açıqlayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol