Menu

Polkovnik Şahmar Paşayev vəzifəsindən azad olunub

04.04.2014, 23:02
Polkovnik Şahmar Paşayev vəzifəsindən azad olunub

Şamaxı Rayon Polis Şöbəsinin (RPŞ) rəisi, polkovnik Şahmar Paşayev vəzifəsindən azad olunub.

"Aznews.az" xəbər verir ki, Ş.Rzayevin vəzifədən azad olunmasının səbəbi onun nazirə raport yazaraq, səhhəti ilə bağlı işdən azad olunma istəyidir. Raportdan sonra Daxili İşlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmri imzalayıb.

Qeyd edək ki, Şahmar Paşayev DİN-də məşhur simalardan biri idi. O, Şamaxının rəisi olmamışdan öncə Naxçıvan Şəhər Polis İdarəsinin rəis müavini, rəisi, Xətain rayonunun 34, 37 bölmələrinin rəisi, Yasamal Polis İdarəsinin rəisi, Bakı Şəhər Polis İdarəsinin rəis müavini, Şirvan və Salyan rayonlarının polis rəisi vəzifələrində çalışıb.

Ş.Paşayev həm də YAP hakimiyyətinin polis sistemindəki ən etibarlı kadrlarından hesab edilirdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol