Menu

İslandiyada televiziya tamaşaçılarının 99,8%-i İslandiya-Avstriya oyununu izləyib

24.06.2016, 22:33
İslandiyada televiziya tamaşaçılarının 99,8%-i İslandiya-Avstriya oyununu izləyib

İslandiyada yaşı 12 ilə 80 arasında olanların təxminən yarısı — televiziya tamaşaçılarının 99,8%-i futbol üzrə Avropa çempionatında İslandiya ilə Avstriya milliləri arasında tarixi matçı izləyiblər.

Virtualaz.org xatırladır ki, həmin oyunda İslandiya yığma komandası pley-off mərhələsinə vəsiqə qazana bilib.

«Telecom» teleşirkətinin rəsmi məlumatınmda deyilir ki, Avstriya ilə oyuna 168 min nəfər baxıb. Ölkə əhalisinin ümumi sayı isə cəmi 335 min nəfərdir.

Macarıstanla oyuna televiziya tamaşaçılarının 98,9%-i, Portuqaliya ilə oyuna isə 98,4%-i baxıb.

Ölkə əhalisinin 8%-i Fransaya, oyunlara canlı tamaşa etməyə yollanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol