Menu

"Mənim üçün artıq Müsavat Partiyasının fəaliyyəti maraqsızdır"

25.06.2016, 15:36

Tural-AbbasliMüsavat Başqanı bu gün partiyanın Ali Məclisinin toplantısı zamanı bildirib ki, partiyaları Azərbaycanda 1 nömrəli müxalifət qurumudur. Maraqlıdır, bir zamanlar Müsavat Partiyasında təmsil olunan Tural Abbaslı bu haqda nə düşünür, o, nəyə görə Azərbaycanın 1- nömrəli müxalifət qurumu olduğu iddia olunan partiyanı tərk edib? Tural Abbaslı Moderator.az-a açıqlamasında bildirdi ki, hazırda Müsavat Partiyasının fəaliyyəti onun üçün maraqsızdır:

“Sözün düzü mənim üçün artıq Müsavat Partiyasının fəaliyyəti maraqsızdır. Yəni mən digər partiyaların işini təftiş etmək niyyətində deyiləm. Əgər partiyanın rəhbəri deyirsə ki, biz 1 nömrəli partiyayıq qoy elə olsun. Onun elə olub olmadığını hərə özü deyil, xalq müəyyənləşdirir. Və əgər bir müddət sonra bunun belə olmadığı aşkarlanırsa, o zaman sədr üzvlərinə hesabat verməli və dediyi sözün gətirdiyi məsuliyyətin altını çəkməlidir. Yəni zaman hər şeyi göstərəcək.”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol