Menu

Tarif Şurasından benzinin qiymətilə bağlı yeni AÇIQLAMA

05.04.2014, 14:46
Tarif Şurasından benzinin qiymətilə bağlı yeni AÇIQLAMA

“Yanacağın qiymətinin qalxması ilə bağlı yayılan məlumatlar əsassızdır”. Bunu AzNews.az-a Tarif Şurasının mətbuat katibi Abbas Əliyev bildirib.

Onun sözlərinə görə, bir neçə gün öncə də Tarif (qiymət) Şurasının Aİ-92 və Aİ-95 markalı avtomobil benzinin pərakəndə satış qiyməti ilə bağlı məlumat dərc edilib. O bildirib ki, Şuranın benzinin pərakəndə satış qiyməti dəyişdirilməyib: “Hazırda Aİ-92 və Aİ-95 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün müvafiq olaraq 70 və 80 qəpikdir. Avro standartlara cavab verən avtomobil benzininin - “Premium Avro-95” və “Super Avro-98” isə nisbətən aşağı qiymətlərlə ölkəyə idxalına və sərbəst qiymətlərlə satışına imkan yaradılıb”.

A.Əliyev vurğulayıb ki, artıq “Premium Avro-95” və “Super Avro-98” markalı benzin yanacaqdoldurma məntəqələrində sərbəst qiymətə satılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol