Madaqaskarın paytaxtı Antananarivuda qumbaranın partlaması nəticəsində iki nəfər həlak olub, 50-ə yaxın insan isə yaralanıb.
Musavat.com-un məlumatına görə, bu haqda kəşfiyyat və təhlükəsizlik naziri, general Antoni Rakotoarizon xəbər verib.
Bildirilir ki, hadisə yerli vaxtla saat 19.00-da şəhər stadionunda pulsuz konsert keçirilən zaman baş verib. Hadisə ilə bağlı əlavə məlumat verilmir.


Şərhlər