Menu

İsrail mediası da razılaşmanın şərtlərini açıqladı - 8 maddə

27.06.2016, 22:00
İsrail mediası da razılaşmanın şərtlərini açıqladı - 8 maddə

"AzPolitika" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyə ilə İsrail arasında münasibətlərin normallaşması üçün 3 ildir davam edən müzakirələrdə son olacağı ifadə edilən dünənki görüşdən sonra razılaşma təmin edilib.  Razılaşma mətni sabah saat 12:00-da imzalanacaq.

Türkiyə ilə İsrail arasında razılaşma təmin edildi. Baş nazir Binali Yıldırım da bu gün jurnalistlərin qarşısına çıxaraq razılaşmanın detalları haqda açıqlamalar verib. Yıldırım, İsrailin təzminat ödəyəcəyini bildirib. Prezidenti Rəcəb Tayyib Ərdoğan, İsrail ilə "normallaşma" üçün üç şərt irəli sürürdü. Ərdoğanın şərtləri, üzr və təzminat ilə mühasirənin ləğv olunması idi. 

İsrail qəzeti "Yediot Ahronot"un xəbər saytı "Ynetnews"ə görə razılaşmanın səkkiz təməl ünsürü belədir:

1. İsrail ilə Türkiyə tam diplomatik əlaqələri və normal əlaqələri yenidən təsis edəcək, buna qarşılıqlı səfirlərin yenidən göndərilməsi və dövlət ziyarətləri daxildir. İki tərəf, NATO və BMT kimi beynəlxalq platformalarda bir-birlərinin maraqlarına zərərli şəkildə hərəkət edilməyəcək.

2. Türkiyə Qəzza blokadasının qalxması tələblərini geri çəkəcək. Qarşılığında İsrail Türkiyənin Qəzzaya yardımlarının İsrail tərəfindən nəzarətə edilməsindən sonra "Aşdod" limanı üzərindən Qəzzəyə çatmasına icazə vermə sözü verəcək. İsrail Türkiyənin Qəzzada xəstəxana, elektrik stansiyası və su təmizləmə təsisi inşa etməsinə də icazə verəcək.

3. İsrail Türkiyədəki bir humanitar yardım fonduna təxminən 21 milyon dollar transfer edəcək, bu pul Mavi Mərmərə dənizində öldürülən 9 Türkiyə vətəndaşı ilə yaralananların ailələrinə köçürüləcək.

4. Türkiyə bir qanun çıxararaq Mavi Mərmərə ilə əlaqədar İsrailli əsgərlərə açılmış bütün iddiaları ləğv edəcək.

5. Türkiyə Həmasın ölkəni İsrailə qarşı fəaliyyətləri üçün bir baza kimi istifadə maneə törədəcək. Bunun qarşılığında İsrail Türkiyədəki Həmasın əmr mərkəzinin bağlanılması tələbini geri çəkdi. 2014-cü ildə İsrailli gəncləri qaçırılıb öldürülməsindən məsul olan Həmasın üst səviyyə üzvü Salah Aruri Türkiyədən göndərilmişdi. Türk səlahiyyətlilər geri gəlməsinə icazə verilməyəcəyini vəd etdi.

6. İki ölkə hərbi əməkdaşlıq və kəşfiyyat bölşümünü yenidən başladacaq

7. İsrailin təbii qazının çıxarılması və paylanmasına imkan verə biləcək bir boru xətti qurulmasıyla əlaqədar iki ölkə danışıqlara başlayacaq.

8. Müqavilədə Qəzzada 2014-cü ildən bəri itkin olan İsrail vətəndaşı Avera Mengiustu və əməliyyatda öldürülən əsgərlər Oron Şaul və Hadar Goldinin nəşlərinin qaytarılmasına dair maddə yer almır. Amma Türk hökuməti Həmasla görüşərək nəşlərin qaytarılmasını təmin vəd etdi. İsrail razılaşm ilə əlaqədar Rusiya, Misir, Yunanıstan və Cənubi Kipri məlumatlandırdı və bu ölkələrlə əlaqəsi bahasına heç bir hərəkətdə olmayacağı mesajını çatdırdı.

Qeyd edək ki, bu İsrail hökumətinə yaxın medianın açıqlamasıdır. Türkiyə mətbuatında və İsrailin müxalf mətbuatında Ankaranın bütün şərtlərinin ödənildiyi bildirilir. Razılaşmanın rəsmi mətni isə hələlik açıqlanmır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol