Türkiyə Baş naziri əlaqələrin əvvəlki səviyyəyə qayıdacağını bildirib
"AzPolitika" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyə Baş naziri Binali Yıldırım, prezident Tayyib Ərdoğanın Çərşənbə ya da Cümə axşamı günü Rusiya Dövlət Başçısı Vladimir Putinlə telefonda görüşəcəyini bildirib. Yıldırım, Rusiyaya "lazım olsa" təzminat da ödəyə biləcəklərini dilə gətirib.
TRT-nin canlı yayımında gündəmə bağlı şərhlər edən Baş nazir Binali Yıldırım, Ərdoğanın Putinə göndərdiyi məktubunun ardından bir də "təzminat" şərhi edən Yıldırım, "Biz üzüntülərimizi ifadə edirik. Lazım olsa təzminat verəcəyimizi, əlaqələrin normala dönməsini arzu etdiyimizi ifadə edirik. Hadisənin özü əsli budur, tək tərəfli deyil iki tərəfli bir iradədir . Artıq iki ölkə arasında münasibətlər düzəlmişdir" deyə Yıldırım açıqlama verib.


Şərhlər