Bu gün Türkiyədə terror aktı törədilib.
APA-nın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, Diyarbəkrin Diclə qəsəbəsində Ergani prospektində yerləşən xəstəxana yaxınlığında PKK terrorçuları bomba yüklü avtomobil partladıblar.
Partlayış nəticəsində 2-i polis olmaqla, 8 nəfər yaralanıb.
Yaralılar xəstəxanaya yerləşdirilib. Partlayış nəticəsində ətrafdakı evlərə və iş yerlərinə ciddi ziyan dəyib.


Şərhlər