Menu

"Türkiyə ilə münasibətimiz bərpa edilməlidir" - Jirinovski

28.06.2016, 13:34

Vladimir Jirinovski 301211Türkiyə ilə münasibətimiz bərpa edilməlidir.Axar.az xəbər verir ki, bunu Rusiya Dumasında çıxışı zamanı Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski söyləyib.

Onun sözlərinə görə, Rusiya Türkiyəni qonşu olduğuna bağışlamalıdır: “Əgər biz Türkiyə, İran, Suriyanı öz yanımıza çəkə bilsək, insanlığın heç bir problemi olmayacaq. Buna rəğmən, Türkiyə vurulan təyyarəyə görə kompensasiya verməlidir. İcazə verin, 4-5 milyon insan apreldən-oktyabra qədər Türkiyəyə istirahətə getsin. Türklərin bizə hörmət etməsi və sevməsi sərfəlidir”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol