Avropa Liqasının I təsnifat mərhələsində “Kəpəz”in qonağı olacaq Moldovanın“Daçiya” klubunun saytında ciddi səhvə yol verilib. ANS PRESS-in məlumatına görə, Moldova təmsilçisinin rəsmi saytı oyunun keçiriləcəyi "Dalğa Arena"nın yerləşdiyi Mərdəkanı qəsəbəsinin adının erməni mənşəli kimi təqdim edib.
"Komandamız dünən "Kəpəz"lə matçın keçiriləcəyi stadionda məşq edib. Söhbət 5 il öncə inşa edilmiş "Dalğa Arena"dan gedir. Stadion Bakıdan 34 km aralıda "erməni adı olan "Makrudyan" qəsəbəsində yerləşir. Amma burada ermənilərə aid heç nə yoxdur. Sakinlər isə Qafqaz farslarının davamçıları olan tatlardan ibarətdir", - deyə yazıda bildirilir.


Şərhlər