Menu

Nemtsovun qətli barədə cinayət işi məhkəməyə göndərilib

29.06.2016, 19:25

Boris-NemtsovRusiyada müxalif lider Boris Nemtsovun qətlində təqsirləndirilən 5 nəfərin cinayət işi məhkəməyə göndərilib.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, Rusiya Federasiyası İstintaq Komitəsinin rəsmi nümayəndəsi Vladimir Markin bildirib ki, Zaur Dadayev, Anzor Qubaşev, Şadid Qubaşev, Temirlan Askerxanov və Hamzat Baxayev barədə cinayət işinin istintaqı yekunlaşıb və materiallar məhkəməyə təqdim olunub.

V. Markin istintaq tərəfindən iş üzrə kifayət qədər dəlil-sübut toplandığını söyləyib. İşə Moskva dairə hərbi məhkəməsi baxacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol