Menu

Qazaxıstanda 6 radikal islamçı saxlanılıb - Onlardan biri özünü partladıb

30.06.2016, 12:03
Qazaxıstanda 6 radikal islamçı saxlanılıb - Onlardan biri özünü partladıb

Qazaxıstanın Karaqanda vilayətində 6 radikal islamçı saxlanılıb, onlardan biri özünü partladıb.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bunu Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin sədri Vladimir Jumakanov deyib.

O bildirib ki, saxlanılan şəxslər sələfi təriqətinə aiddir. Onların hamısı Qazaxıstan vətəndaşlarıdır.

Jumakanov onu da əlavə edib ki, Karaqanda vilayətində baş verənlər Aktobedəki hadisələrlə əlaqəli deyil.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol