Menu

ATƏT sədrinin Saakyanla görüşü ilə bağlı rəsmi açıqlama

30.06.2016, 12:10

139058_848_4_xin-bina-teze-1Azərbaycan Xarici İşlər Nazirliyi Almaniyanın xarici işlər üzrə federal naziri, ATƏT-in fəaliyyətdə olan sədri Frank-Valter Ştaynmayerin Ermənistanda Bako Saakyan ilə görüşünü şərh edib.

XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, Almaniyanın xarici işlər üzrə federal naziri, ATƏT-in fəaliyyətdə olan sədri Frank-Valter Ştaynmayerin Bako Saakyan ilə görüşü Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni icması ilə görüş xarakteri daşıyır: “Azərbaycana səfər müddətində Ştaynmayer Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icmasının nümayəndələri ilə görüşəcək. Həmçinin, məcburi köçkünlər üçün tikilmiş yaşayış məntəqəsi ilə tanış olacaq”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol