Türkiyə KİV-nin yaydığı məlumata görə, İstambul aeraportunda terror aktı törətmiş 3 kamikadzedən birinin çeçenistanlı ola bilməsi ehtimalı var. Bu xəbəri bu gün «Habertürk» telekanalı yayıb.
Telekanalın məlumatına görə, həmin şəxs Türkiyə ərazisinə «İslam dövləti» (İD) terrorçu qruplaşmanın nəzarəti altında olan Rakka (Suriya) şəhərindən gəlib. Bəzi KİV-lər hətta onun adını da açıqlayırlar - Osman Vadinov. Terrorçuların vətəndaşlığı barədə hakimiyyət orqanları tərəfindən hələlik heç bir məlumat verilməyib, amma onların əcnəbi olduğu bildirilir.
Bu arada, «Milliyət» qəzeti müstəntiqlər arasındakı mənbəyə istinadla xəbər verir ki, hər 3 terrorçu Tacikistan vətəndaşıdır.
«Karar.com» xəbər saytının məlumatına görə, terror aktını «İD» özək qrupu planlaşdırıb. Həmin «özək» 7 nəfərdən ibarət olub. Saytın məlumatına görə, kamikadze-terrorçular Çeçenistan, Özbəkistan və Qırğızıstan əsillidirlər.
Xatırladaq ki, terrorçuların İstambul aeroportuna terror hücumu nəticəsində iyunun 28-də 42 nəfər həlak olub (onlarda 13 nəfəri xarici ölkələrin vətəndaşıdır), 238 nəfər xəsarət alıb (onların arasında da əcnəbilər var).
AzPolitika.info


Şərhlər