"TuranBanK" ASC-ni 2 səhmdar tərk edib.
"APA-Economics" xəbər verir ki, bankın nizamnamə kapitalında iştirakını dayandıran fiziki şəxslərdir. Konkret olaraq, söhbət iştirak payı 5%-dən aşağı olan 2 səhmdardan gedir.
Qeyd edək ki, bundan öncə bankın 28 səhmdarı olub ki, onlardan 6-sı hüquqi, 22-si isə hüquqi şəxslər idi. Son prosesdən sonra səhmdarların sayı 26-ya enib.
Rəqəmlərə nəzər saldıqda məlum olur ki, kapitalda iştirakını dayandıran səhmdarlar paylarını elə iştirak payı 5%-dən aşağı olan səhmdarlara satıblar.
Bankın nizamnamə kapitalı 50 mln. 2,466 min manatdır.


Şərhlər