Menu

Polis avtomobili 15 yaşlı oğlanı vuraraq öldürüb

02.07.2016, 10:54
Polis avtomobili 15 yaşlı oğlanı vuraraq öldürüb

Bakıda polis avtomobili qəza törədib.

Suraxanı Rayon Polis idarəsindən APA-ya verilən məlumata görə, hadisə ötən gecə Əmircan qəsəbəsində qeydə alınıb. “FİAT Doblo” markalı, 90 AP 597 dövlət nömrə nişanlı polis avtomobili yolu keçən piyada, 2001-ci il təvəllüdlü Ələkbər Zirəddin oğlu Əhmədovu vuraraq öldürüb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol