Hadisə rayonun Qazıqulu kənd ərazisində yerləşən Tovuzçay su anbarında baş verib
Tovuz rayonunda 22 yaşlı gənc göldə çimərkən batıb.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Qazıqulu kənd ərazisində yerləşən Tovuzçay su anbarında baş verib.
Tovuzun Dönükqırıqlı kənd sakini Yaşar Hümbətov 6 nəfərlə birlikdə su anbarında çimməyə gedib. O, çimərkən suda batıb.
Hazırda gəncin meyitinin axtarışları davam etdirilir.

Şərhlər