Menu

Çində dəhşətli avtobus qəzası - 26 nəfər ölüb

02.07.2016, 21:43
Çində dəhşətli avtobus qəzası - 26 nəfər ölüb

Çinin Tiencin şəhərində təkəri partlayan avtobusun yoldan çıxaraq çuxura düşməsi nəticəsində 26 nəfər ölüb.

"AzPolitika" bildirir ki, Çinin "Şinhua" xəbər agentliyinin verdiyi xəbərə görə, 30 sərnişini olan avtobusun yoldan çıxması nəticəsində meydana gələn qəzada 26 nəfər həyatını itirib.

Qazanın, Pekindən təxminən 80 kilometr uzaqlıqdakı Baodi bölgəsində, Tiencin-Cişian magistralında meydana gəldiyi bildirilir.

Qəzadan yaralı vəziyyətdə xilas olan dörd nəfərin xəstəxanaya yerləşdirildiyi bildirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol