Menu

Bağdadda terror aktı nəticəsində 80 nəfər ölüb

03.07.2016, 11:58
Bağdadda terror aktı nəticəsində 80 nəfər ölüb

Terror hücumuna görə məsuliyyəti İŞİD öz üzərinə götürüb

İraqın paytaxtı Bağdadda törədilən partlayışlar nəticəsində ən azı 80 nəfər həyatını itirib.

"Report" xəbər verir ki, bu barədə "Sky News Arabia" peyk telekanalı məlumat yayıb.

Ötən gecə Bağdadın mərkəzində yerləşən Əl-Karrada rayonunda törədilən terror aktı nəticəsində 100-dən çox insan yaralanıb. Minalanmış avtomobil restoranın qarşısında partladılıb.

Hücuma görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.

İlkin məlumatlara görə, əvvəlcə minalanmış avtomobil partladılıb, ardınca Bağdadın şərq hissəsində əldəqayırma partlayıcı qurğu işə düşüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol