Menu

İsmayıllıda yol qəzası nəticəsində - 3 nəfər ölüb

03.07.2016, 12:19

Qezada-sinmish-padpres-180912Bu gecə İsmayıllı rayonunda dəhşətli yol qəzası baş verib.

Lent.az-ın məlumatına görə, İsmayıllı-Qəbələ yolunun Qurbanəfəndi kəndindən keçən hissəsində "Mercedes" markalı avtomobil sürücünün idarəetməsindən çıxaraq aşıb. Nəticədə avtomobilin sürücüsü, 1984-cü il təvəllüdlü Alıyev Asim Müsavər oğlu, sərnişinləri, 1983-cü il təvəllüdlü Mürsəlov Uğur Bünyat oğlu və 1987-ci il təvəllüdlü Həlimov Elbrus Elman oğlu aldıqları ağır xəsarətlərdən vəfat ediblər.

Məlum olub ki, ölənlərin hamısı Qəbələnin Vəndam kənd sakinləridir. Onlar Bakıdan rayon istiqamtinə hərəkət edirmiş və yüksək sürətlə hərəkət edən avtomobil döngədə idarəetmədən çıxaraq aşıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Paylaş Tweet Paylaş

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol