Menu

İraq qoşunları Mosulun cənub-şərqində üç kəndi İŞİD-dən azad edib

03.07.2016, 22:50

isid_ndexƏməliyyat zamanı 29 terrorçu məhv edilib

İraq qoşunları Mosul şəhərinin cənub-şərqində üç kəndi İŞİD terror qruplaşmasından azad edib. "Report"un məlumatına görə, bu barədə "Əl Sumaria" telekanalı İraq ordusunun zabitinə istinadən xəbər verib.

Məlumatda bildirilir ki, İraqın şimalındakı şəhər İŞİD-in ölkədəki əsas dayağı olaraq qalır.

"İraq hərbçiləri qərbdəki Mahmur rayonunun Əl-Haram, Əл-Ədriyə və Əl-Mahal kəndlərini İŞİD-dən azad edib" – deyə zabit telekanala bildirib.

Onun sözlərinə görə, əməliyyat zamanı 29 terrorçu məhv edilib.

İraq ordusunun istehkamçıları hazırda geri alınan əraziləri minalardan təmizləyir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol